Xərçəngdən əziyyət çəkən müğənnidən təsirli paylaşım

Türkiyəli müğənni Cansevər səhhətiylə bağlı yeni paylaşımı ilə izləyicilərini kövrəldib.

Referans Media  Axşam.az-a istinadla xəbər verir ki, bir müddətdir leykoz xəstəliyi ilə mübarizə aparan sənətçi Almaniyada müalicəsini davam etdirir. Uyğun donor tapıldıqdan sonra ilik transplantasiyası olunan Cansever hazırda müalicə prosesinin davam etdiyini bildirib.

Xəstəxana otağından video paylaşan ifaçı onu axtaran və vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

"Çoxlu mesaj və zəng alıram. Amma səhhətimə görə hər kəsə cavab verə bilmirəm. Danışa bilmirəm, yaza bilmirəm. Daim zərdab və antibiotik qəbul edirəm, demək olar ki, bütün vaxtımı yataqda keçirirəm" deyə, Cansever bildirib.

Müğənni əlavə edib ki, təzyiqi aşağı olur, hərdən hərarəti yüksəlir və müalicəsinin nə qədər davam edəcəyi hələlik məlum deyil.

Cansever sonda sevənlərindən onun üçün dua etmələrini xahiş edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki