Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
Referans Media APA-ya istinadla xəbər verir ki, Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
***
4 avqust, saat: 20:30
Mingəçevirdə yeniyetmə kanalda boğulub.
Referans Media xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəhər sakini 14 yaşlı Nicat Şərifzadə suda boğularaq, ölüb.
Araşdırma aparılır.
