Kosmosda nəzarətsiz qalan raket qalıqlarının yaratdığı risklər yenidən gündəmə gəlib. Təxminən bir ildir orbitdə hərəkət edən SpaceX raketinin ikinci mərhələsi proqnozlaşdırıldığı kimi Ayın səthinə çırpılıb.
Referans Media xəbər verir ki, SpaceX-in Falcon 9 raketinin ikinci mərhələsi saatda təxminən 8 700 kilometr sürətlə Ayın səthinə düşüb. Toqquşma birbaşa müşahidə olunmasa da, Çilidə yerləşən teleskop hadisədən sonra yaranan toz və dağıntı buludunu qeydə alıb.
Mütəxəssislər bildiriblər ki, raketin Aya çırpılması qaçılmaz idi. SpaceX rəsmisi Culiana Şeyman hadisənin qəsdən baş vermədiyini, Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri nəticəsində raketin trayektoriyasının dəyişdiyini açıqlayıb.
Astronomların hesablamalarına görə, raket Ayın Eynşteyn krateri yaxınlığındakı yaşayış olmayan əraziyə düşüb. Hadisənin yaratdığı ziyanın dəqiq qiymətləndirilməsi üçün NASA-nın Ay Orbital Kəşfiyyat Aparatı (LRO) tərəfindən ərazinin görüntülənməsi gözlənilir.
Bu hadisə ABŞ və Çin arasında Aya missiyalar uğrunda rəqabətin davam etdiyi bir dövrdə kosmik tullantılarla bağlı narahatlıqları bir daha gündəmə gətirib.
