Şuşa, Xankəndi və Xocavənddə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Referans Media-ya  FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes” markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki