Moskvada mağazaları yanan azərbaycanlı iş adamı danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzləri də zərər görüb.

Referans Media xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı İctimai TV-ə müsahibəsi zamanı PUA hücumunda mağazalarının tamamilə yandığını deyib.

“Mən dəri məhsulları satıram, mallarım tamamilə yanıb. Hazırda hadisə ilə bağlı bizi içəri buraxmırlar. Vəziyyət çox gərgindir. Xeyli ziyan dəydi, düşündüyünüzdən də çox ziyan dəydi”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki