İyulun 14-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yaşayış binası uçub.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Çökmə metronun “Vokzalnaya ploşçad” stansiyası yaxınlığında baş verib. Tbilisi meri Kaxa Kaladze binanın öncədən 3-cü kateqoriya üzrə qəzalı vəziyyətdə olduğunu və bərpa olunmadığını bildirib.
Hazırda hadisə yerində xilasetmə işləri və sakinlərin təxliyəsi davam etdirilir. Gürcüstan polis rəsmisi Vaja Siradze vəziyyətin nəzarətdə saxlanıldığını və əlavə təhlükələrin qarşısının alınması üçün tədbirlərin görüldüyünü qeyd edib.//Globalinfo.az