Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtının simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə proyeksiya olunub.

Referans MEDİA “Teleqraf”a istinadla xəbər verir ki, üçrəngli qüllə Tbilisininin gecə həyatını daha da rəngarəng edib.

Bu addım iki ölkə arasındakı sarsılmaz dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsidir.

Görüntülər həm paytaxt sakinləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki