Tbilisinin meri görün kim oldu

  Hakim “Gürcü arzusu” Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.

Referans.az  xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib. Birləşmiş müxalifət partiyalarının “Lelo” və “Gürcüstan naminə” Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tuturdu.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki