TƏCİLİ: 17 ölkə İrana görə birləşdi

İran və ABŞ arasında bölgədə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın imzalanmasından sonra 17 dövlət Tehrana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını dəstəklədiyini bəyan edib.

Referans Media xəbər verir ki, Böyük Britaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı birgə bəyanat ölkənin rəsmi internet səhifəsində dərc olunub.

 
Bildirilib ki, ilkin mərhələdə sənəd Böyük Britaniya, Fransa, Almaniya və İtaliya tərəfindən imzalanıb. Daha sonra Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da bəyanata qoşulub.
Birgə bəyanatda qeyd olunur ki, İranın nüvə proqramı ilə bağlı aydın və beynəlxalq səviyyədə yoxlanıla bilən addımlar atacağı təqdirdə, İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların ləğvi məsələsinə baxıla bilər.

Sənəddə vurğulanır ki, sanksiyaların yumşaldılması və ya aradan qaldırılması İranın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsindən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki