Tehran rəsmən açıqladı: İran və Azərbaycan arasında sərhəd-keçid məntəqəsi açılırbackend

Tehran rəsmən açıqladı: İran və Azərbaycan arasında sərhəd-keçid məntəqəsi açılır

  Azərbaycanla İran arasında iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub. 

Referans xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Zəngilana səfəri zamanı danışıb.

O qeyd edib ki, yaxın aylarda Ağbənd–Kəlalə sərhəd-keçid məntəqəsinin açılması planlaşdırılır.

“İndi sərhəddən baxsanız, yük maşınları və avtobusların hərəkət etdiyini görərsiniz. Eyni zamanda, yeni imkanlar yaratmaq üçün İranda da oxşar tikinti işləri aparılır. Önümüzdəki aylarda yeni Ağbənd–Kəlalə sərhəd-keçid məntəqəsi açılacaq ki, bu da iqtisadi əlaqələrimiz, o cümlədən nəqliyyat və tranzit sahəsində yeni imkanlar açacaq”, – səfir bildirib.

Diplomatın sözlərinə görə, bu layihə təkcə iki ölkə arasında deyil, həm də regionda ticarət və tranzit əlaqələrinin canlanmasına mühüm töhfə verəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki