image-tehran_iran-1backend

Tehran TƏXLİYƏ OLUNUR: Paytaxt sakinlərinə ÇAĞIRIŞ

İran hakimiyyəti Tehran sakinlərini paytaxtdan təxliyə etməyə çağırıb.

Referans Media  xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhərdən çıxışı asanlaşdırmaq məqsədilə Tehranı ölkənin şimal bölgələri ilə birləşdirən əsas magistral yol bir istiqamətli hərəkət sisteminə çevrilib.

Qərarın məqsədi tıxacın azaldılması və paytaxtdan avtomobillərin axınının sürətləndirilməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki