Təqaüdçü təsadüfən 24 nəfəri zəhərlədi

  Almaniyanın Maqdeburq bölgəsindən olan təqaüdçü evinin zirzəmisində siçovul əleyhinə zəhər saxladığı üçün kütləvi zəhərlənməyə səbəb olub. Nəticədə 24 nəfərin səhhətində ciddi problem yaranıb.

Referans xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs əvvəllər dezinfeksiyaçı işləyib və zirzəmidə köhnə pestisidlər saxlayıb.

Zərərçəkənlərin bəzisi xəstəxanaya yerləşdirilib. Maqdeburq polisi təqaüdçünün təhlükəli maddələrlə ehtiyatsız davranması ilə bağlı araşdırmalara başlayıb../Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki