image-8e678b10e16a906a847bfba9e27ab0ffbackend

Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı

Qazaxıstanda səhiyyə sahəsində tətbiq olunan yeni texnologiya diqqət çəkən nəticələr verib.

Referans Media xəbər verir ki, ölkədə istifadə olunan Cerebra AI sistemi insult diaqnostikasında prosesi əhəmiyyətli dərəcədə sürətləndirib.

Süni intellekt platforması KT görüntülərini cəmi 5–10 dəqiqə ərzində analiz edir. Müqayisə üçün qeyd olunur ki, ənənəvi üsullarla bu proses təxminən 30 dəqiqə çəkirdi. Bu fərq həkimlərə daha operativ qərar verməyə və xəstələrə vaxtında müdaxilə etməyə imkan yaradır.

Nəticədə insultdan ölüm halları 40 faiz azalıb.

Məlumata görə, 2025-ci ilin sentyabr ayından etibarən sistem vasitəsilə 7600-dən çox pasiyent müayinə olunub. Bu müddətdə vaxtında müalicə alanların sayı isə 150 faiz artıb.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki