Tramp Avropa İttifaqı ilə bağlı SƏRT QƏRAR VERDİbackend

Tramp Avropa İttifaqı ilə bağlı SƏRT QƏRAR VERDİ

  Avqustun 1-dən ABŞ Avropa İttifaqı (Aİ) və Meksikadan gələn mallara 30 faizlik rüsum tətbiq edəcək.

Referans xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.

“2025-ci il avqustun 1-dən etibarən biz Avropa İttifaqından ABŞ-a göndərilən mallara, sektoral rüsumlardan ayrı olaraq, 30 faiz dərəcəsində gömrük rüsumu tətbiq edəcəyik”, – Amerika lideri yazıb.

Tramp əlavə edib ki, oxşar tədbirlər Meksikaya da tətbiq olunacaq. Onun sözlərinə görə, Avropa və ya Meksika səlahiyyətliləri öz tarifləri ilə cavab vermək qərarına gəlsələr, ABŞ onların məbləğini öz rüsumlarına əlavə edəcək.

Bundan əvvəl Tramp Kanadadan gələn mallara 35 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. O, kanadalı istehsalçıların öz istehsalını ABŞ-a köçürə biləcəklərini və bundan sonra heç bir tarif olmayacağını vurğulayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki