ABŞ prezidenti Donald Trampa qarşı baş verən son sui-qəsd cəhdindən sonra diqqət çəkən maraqlı detal üzə çıxıb. Məlum olub ki, Ağ Evin sözçüsü Karolin Livitt Trampa qarşı həyata keçirilən hər üç hücum zamanı hamilə olub.
Referans Media xəbər verir ki, son hadisə Vaşinqtonda keçirilən tədbir zamanı qeydə alınıb. Hücum zamanı təhlükəsizlik qüvvələri operativ reaksiya verərək prezidenti ərazidən uzaqlaşdırıb və hücum edən şəxs zərərsizləşdirilib.
Ağ Evdə keçirilən brifinqdə jurnalistlərin sualını cavablandıran Karolin Livitt bu üst-üstə düşməyə “Olduqca maraqlıdır” deyərək qısa reaksiya verib. Bildirilir ki, o, yaxın günlərdə əkiz övladlarını dünyaya gətirməyə hazırlaşır.
Qeyd edək ki, Trampa qarşı əvvəlki hücumlar da ABŞ-da geniş rezonans doğurmuşdu. 2024-cü ildə Pensilvaniyada keçirilən mitinq zamanı silahlı hücum nəticəsində Tramp yüngül yaralanmış, daha sonra Florida ştatında isə başqa bir silahlı şəxs təhlükəsizlik orqanları tərəfindən vaxtında saxlanılmışdı.
Tramp son açıqlamasında hadisəni birbaşa hansısa ölkə ilə əlaqələndirmədiyini, lakin bəzi qüvvələrin belə fürsətləri dəyərləndirə biləcəyini bildirib.























