Trampdan gözlənilməz təklif: “Hizbullahı İsrail yox, Suriya həll etsin”

ABŞ liderinin sözlərinə görə, "hər şeyi bir yerə toplamaqda inanılmaz bir iş görən" Suriya prezidenti Əhməd əl-Şara "Hizbullahla çox yaxşı münasibətdədir".

Referans MEDİA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyanın Hizbullahla problemləri həll edə biləcəyini bildirib.

"Mən İsrailə təklif etdim ki, Suriya Hizbullahın qayğısına qalsın, çünki düzünü desəm, düşünürəm ki, onlar bunu daha yaxşı edirlər", - deyə o, Yeddilik Qrupunun sammiti çərçivəsində jurnalistlərə bildirib.

ABŞ liderinin sözlərinə görə, "hər şeyi bir yerə toplamaqda inanılmaz bir iş görən" Suriya prezidenti Əhməd əl-Şaraa "Hizbullahla çox yaxşı münasibətdədir" və o, bunu "daim başını qaldıran kiçik bir iynə" adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki