image-trump-iranin-cok-gec-olmadan-bir-anlasma-19710815_1143_ampbackend

Trampdan İranla atəşkəs barədə gözlənilməz QƏRAR

Pakistan rəhbərliyinin müraciətindən sonra İranla atəşkəs rejiminin uzadılması barədə qərar qəbul edilib.

Referans Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bu addım bölgədə gərginliyin azaldılması məqsədi daşıyır. Tramp əlavə edib ki, hazırkı vəziyyətdə İran daxilində siyasi parçalanma müşahidə olunur və bu, onun fikrincə, gözlənilməz deyil.

ABŞ lideri qeyd edib ki, Vaşinqton vəziyyəti yaxından izləməyə davam edir və regiondakı proseslərə uyğun qərarlar qəbul edəcək./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki