image-abd-baskani-trump-iran-in-ardindan-kuba-nin-da-19628590_5235_ampbackend

Trampdan sensasion açıqlama: Növbə hansı ölkənindi?

ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin tezliklə geri çəkiləcəyini iddia edərək, bundan sonra Kubanın da “düşəcəyini” bildirib. O, həmçinin İranın yeni liderinin müəyyənləşdirilməsi prosesinə ciddi təsir göstərə biləcəyini də vurğulayıb.

Referans Media xəbər verir ki, Tramp ABŞ-ın “Politico” jurnalına telefon müsahibəsində Yaxın Şərqdəki son vəziyyəti və Latın Amerikası ilə bağlı planlarını dəyərləndirib.

ABŞ və İsrailin İrana qarşı hücumlarının “uğurlu” olduğunu iddia edən Tramp İran rəhbərliyinin sonda “təslim olacağını” bildirib. Ardınca isə belə deyib: “İrandan sonra Kuba da düşəcək. Bu, mənim üçün kiçik məsələdir”

ABŞ prezidentinə Vaşinqtonun Kubada hakimiyyəti devirmə planının olub-olmaması ilə bağlı sual verilib. Tramp isə buna belə cavab verib: “50 ildir bu mövzunu eşidirik. Bu, tortun üzərindəki krem kimidir. Mənim üçün bu kiçik bir məsələdir.”

O əlavə edib ki, ABŞ Kubanın kommunist hakimiyyəti ilə əlaqə saxlayır və rəsmi Havana yardıma ehtiyac duyur.

“İranın yeni liderinin seçilməsinə böyük təsirim olacaq”

Tramp İranla bağlı açıqlamalarında daha iddialı mövqe sərgiləyib. O bildirib ki, ABŞ İrana gedən pul və neft axınlarını kəsib və bu səbəbdən Tehran danışıqlara maraq göstərir.

İranın yeni liderinin kim olacağı barədə sualı cavablandıran Tramp belə deyib: “Bu prosesdə böyük təsirə sahib olacağam. Əks halda onlar heç bir razılaşmaya gələ bilməyəcəklər.”

ABŞ prezidenti həmçinin İranın mərhum ali lideri Əli Xameneinin yerinə oğlu Müctəba Xameneinin gələcəyi ilə bağlı xəbərləri izlədiklərini, lakin onun bu vəzifə üçün “kifayət qədər uyğun olmadığını” düşündüyünü bildirib.

Tramp əlavə edib ki, ABŞ ordusunun böyük silah ehtiyatı var və İranla bağlı əməliyyatlar “cərrahi müdaxilə” xarakteri daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki