ABŞ Prezidenti Donald Tramp bazar gününə qədər İranla razılığa gəlməyi hədəfləyib.
Referans Media xəbər verir ki, bu barədə İsrailin “KAN” televiziyası məlumat yayıb.
“Tramp İranla təkcə danışıqlar aparmaq deyil, həm də razılığa gəlmək niyyətindədir. Amma qeyd edilən vaxta kimi anlaşmaq ehtimalı azdır”, – deyə bildirilib.
İsrail mənbələri ABŞ-ın mövqeyi ilə bağlı qeyri-müəyyənliyin olduğunu iddia edərək, Trampın son hərəkətlərini əsasən media və sosial media vasitəsilə izlədiklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Tramp atəşkəsin İran tərəfi təklifini təqdim edənə və davam edən danışıqlar başa çatana qədər uzadıldığını bildirmişdi. O, prosesin necə davam edəcəyinin danışıqların nəticəsindən asılı olduğunu vurğulamışdı./globalinfo.az























