image-ag-ev-1backend

Trampın Qrenlandiya ilə bağlı fikri nədir? – Ağ Evdəki görüşdə sirlər açılacaq

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen və Qrenlandiyanın Müstəqillik və Xarici İşlər naziri Vivian Motzfeldt ilə qapalı görüş keçirəcək.

Bu barədə “The Washington Post” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əvvəlcə danimarkalı və qrenlandiyalı diplomatlar ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək istəyiblər. Danışıqların Dövlət Departamentində keçirilməsi planlaşdırılsa da, son anda Cey Di Vensin bu prosesə qoşulmaq istəməsi səbəbindən görüş yerinin Ağ Evə dəyişdirildiyi qeyd olunur.

Danışıqlarda Marko Rubio, Cey Di Vens, Lars Løkke Rasmussen və Vivian Motzfeldt iştirak edəcək. Rəsmi şəxslər bu barədə mətbuata anonimlik şərti ilə məlumat veriblər.

“Bloomberg”in məlumatına görə, görüş zamanı Danimarka və Qrenlandiya nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı əsl niyyətlərini öyrənməyə çalışacaq və adanın ABŞ-a birləşdirilməsinə qarşı arqumentlər səsləndirəcəklər.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki