Türkan qəsəbəsində qanunsuz tikili söküldü – FOTO-VİDEObackend

Türkan qəsəbəsində qanunsuz tikili söküldü – FOTO-VİDEO

  Türkan qəsəbəsində qanunsuz tikili sökülüb.

Referans xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Mehman Quliyev adlı vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki