Türkiyə güclü qarın əsirinə çevrildi: 90 yaşayış məntəqəsinə gediş-gəliş dayandırılıb

Vanda gecə saatlarından başlayan və səhərədək təsirini davam etdirən güclü qar yağışı səbəbindən 90 yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti mümkün deyil. Yüksək dağlıq ərazilərdə qar örtüyünün qalınlığının 20 santimetrə çatdığı bildirilir.

Referans Media xəbər verir ki, şəhərdə ötən gecə başlayan və fasilələrlə davam edən qar yağışı gündəlik həyata ciddi təsir edib. Qar nəticəsində şəhər üzrə 49 məhəllə və 41 kəndlə əlaqə kəsilib. Güclü qar səbəbindən bağlı qalan yolların açılması məqsədilə Böyükşəhər Bələdiyyəsinin qarla mübarizə qrupları işə başlayıb.

Məlumata görə, şəhər mərkəzinə yaxın kəndlərdə qarın qalınlığı təxminən 5 santimetr, yüksək ərazilərdə isə 20 santimetrədək yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki