Türkiyə PUA-sı VURULDU

Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Taiz vilayətinin hava məkanında Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı “Bayraktar Akıncı” kəşfiyyat-zərbə PUA-sını vurub.

Referans Media  xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

“Səudiyyəyə məxsus “Bayraktar Akıncı” kəşfiyyat-zərbə pilotsuz uçan aparat Taiz vilayətinin hava məkanında missiya yerinə yetirərkən Yəmən silahlı qüvvələri (husilər) tərəfindən vurulub”, - o iddia edib./Ajans.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki