image-hekimmmmmbackend

Türkiyə, Sierra Leonedə ana və uşaq sağlamlığı sahəsində yeni xəstəxana inşa etməyə hazırlaşır.

Türkiyənin Fritaun şəhərindəki səfiri Yusuf Burak Rende bildirib ki, layihə Prezident Recep Tayyip Erdoğanın həyat yoldaşı Emine Erdoğanın təşəbbüsü ilə həyata keçiriləcək. Xəstəxana Kenema, Koidu və Makeni şəhərlərinə xidmət göstərəcək və layihə Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) tərəfindən icra olunacaq.

Diplomatın sözlərinə görə, xəstəxana ana və yeni doğulan uşaqlara doğuş və reanimasiya xidmətləri təqdim edəcək, hər gün yüzlərlə insanın həyatına birbaşa təsir göstərəcək. Layihənin 2-3 il ərzində tamamlanması planlaşdırılır.

Rende əlavə edib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir və hər il təxminən 30 Sierra Leone vətəndaşı təlim üçün Türkiyəyə göndərilir. Həmçinin kənd təsərrüfatı, balıqçılıq, enerji və kiçik miqyaslı mədənçilik sahələrində birgə layihələr həyata keçirilir. TRTHaber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki