Türkiyədə müxalifət düşərgəsində müzakirələr davam edərkən diqqətçəkən siyasi iddia gündəmə gəlib. İddiaya görə, Özgür Özelə yaxın bəzi şəxslər Cem Uzanla əlaqə yaradaraq Genç Partinin idarəçiliyini öz üzərlərinə götürmək istədiklərini bildiriblər.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Genç Partinin sədri Burçin Şahindur bu məlumatı təsdiqləyən iddialar səsləndirib. Onun sözlərinə görə, Cem Uzan aktiv siyasətlə məşğul olmadığını və partiyanın rəhbərliyinin özündə olmadığını bildirib.
Şahindur qeyd edib ki, Genç Partinin seçilməsinin əsas səbəblərindən biri partiyanın təşkilatlanma səviyyəsidir:
“72 vilayətdə təşkilatlanmış və seçkilərdə iştirak hüququ qazanmış bir partiyik. Eyni zamanda mərkəz-sağ siyasi xəttə malikik”.

Partiya rəhbəri həmçinin bildirib ki, haqqında korrupsiya və ya digər qanun pozuntuları ilə bağlı ciddi iddialar olan şəxslər hüquqi baxımdan təmizə çıxmadan Genç Partiyə qoşula bilməzlər.
CHP-də yaşanan rəhbərlik mübahisələrinə də münasibət bildirən Burçin Şahindur hesab edir ki, partiya daxilindəki problemlər Kemal Kılıçdaroğlunin liderliyi ilə həll edilməlidir. O, müxalifətin daxili çəkişmələrdən uzaqlaşaraq ortaq mövqe formalaşdırmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, səsləndirilən məlumatlar tərəflərin iddiaları əsasında yayılıb və bununla bağlı rəsmi təsdiq təqdim olunmayıb.