Zəlzələ nəticəsində Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda çox sayda bina dağılıb.
Referans “Milliyet”ə istinadla xəbər verir ki, bu barədə Sındırğı bələdiyyə sədri Serkan Sak məlumat verib.
O bildirib ki, yeraltı təkanlar nəticəsində şəhərdə 10 bina dağılıb.
“Dağıntılar altından 4 nəfər xilas edilib. Hadisə yerində təcili yardım xidmətləri işləyir”,- o əlavə edib.
xxx
21:48
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar baş verib.
Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Sındırğı rayonunda bir bina çöküb.
Qeyd edilib ki, rayonda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.
xxx
21:00
Balıkəsirin Sındırğı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, təkanlar saat 19:53-də qeydə alınıb. Zəlzələ ocağı yerin 11 km dərinliyində yerləşib.
Zəlzələ, Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.