Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 3 dəqiqə fərqlə ard-arda zəlzələ olub.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeralt təkanlar 3,7 və 4,2 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Eyni zamanda Malatya vilayətinin Yeşilyurt rayonunda 4,1 ballıq zəlzələ olub./Teleqraf
