Türkiyədə güclü yanğın: bir kənd təxliyə olundu – FOTOLAR / YENİLƏNİBbackend

Türkiyədə güclü yanğın: bir kənd təxliyə olundu – FOTOLAR / YENİLƏNİB

  Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.

Referans xəbər verir ki, yanğının söndürülməsinə 455 nəfər, 7 təyyarə və 6 helikopter cəlb olunub.

Dardanos və Gözəlyalı rayonlarının sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib. Xüsusilə də yanğın Dardanosda bir çox evi məhv edib.

Gözəlyalı məhəlləsindəki bağ evləri alova büründüyündən, ərazidəki bağ evlərinin sakinlərini təxliyə etmək üçün gəmilər cəlb olunub. Dəniz yolu ilə ərazidən 84 nəfərin təxliyə edildiyi bildirilir.

Həkimlər tüstüdən zəhərlənmiş 14 vətəndaşa yardım göstəriblər, onların həyatları təhlükədən azad edilib.

Meşə yanğını ilə əlaqədar Çanaqqala boğazından gəmi tranziti dayandırılıb.

Çanaqqalanın Kəpəz rayonunda əkinçilik sahəsində başlayan və daha sonra meşəlik ərazilərə yayılan yanğın şiddətlənməkdə davam edir./Globalinfo.az  

***

  Ümumilikdə, 2090 nəfər təxliyə olunub. Sakinlərin çoxu dəniz yolu ilə evakuasiya edilib.

77 nəfər xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 10 təyyarə, 9 helikopter, çoxlu sayda su maşını, yanğınsöndürən və 760 nəfərlik şəxsi heyət cəlb olunub.

Küləyin təsiri ilə yanğının genişləndiyi bildirilir.

Vilayətdəki aeroportun fəaliyyəti də müvvəqəti olaraq dayandırılıb.


fqofu8hcs0crmzjca9dksq  qehcppmf 0qgupt9hchgcq  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki