İstanbulda narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəlik fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində növbəti əməliyyat keçirilib.
Referans Media xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun nəzarəti altında həyata keçirilən əməliyyat zamanı barələrində saxlanılma qərarı verilən 22 şübhəli tutulub.
Türkiyə mediasında yayılan xəbərlərdə saxlanılan şəxslər arasında müğənni Kenan Doğulu, aktrisa Beren Saat və aktyor Enis Arıkanın da adlarının keçdiyi iddia olunur. Lakin bu məlumatla bağlı rəsmi qurumlar tərəfindən hələlik təsdiqləyici açıqlama verilməyib.
Bildirilir ki, saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra ifadələrinin alınması üçün İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinə aparılıblar.
İstintaq davam edir və iş üzrə yeni məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
