Ukrayna Rusiya helikopterini vurdu

Ukrayna ordusu Rusiyanın Mi-8 helikopterini ilk dəfə PUA-dan istifadə edərək məhv edib.

Referans Media  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Teleqram -da video paylaşıblar.

Bildirilib ki, helikopter Rostov vilayətinin Kuteynikovo kəndi yaxınlığında vurulub. Helikopter Ukraynaya məxsus FP-1 uzun mənzilli hücum pilotsuz uçuş aparatı vasitəsilə vurulub./Axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki