“Ulduz” stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir

“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində tikinti işləri davam etdirilir.

Bu barədə Referans Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sözügedən ərazi Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki