Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Referans Media “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alan kişi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
