Vitse-prezidentin kortejini müşayiət edən polislər qəzaya uğradı

  ABŞ-nin vitse-prezidenti Cey Di Vensin kortejini müşayiət edən iki polis maşını Tennessi ştatında qəzaya uğrayıb.Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə Merivil şəhərində baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

Hər iki asayiş keşikçisi xəstəxanaya aparılıb, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı açıqlama verən ABŞ Məxfi Xidmətinin əməkdaşı qəzanın mühafizə olunan şəxsin təhlükəsizliyinə və ya hərəkətliliyinə təsir etmədiyini bildirib./Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki