image-1771089819_d3b462b38f3eab22131c4176730669b6backend

“X”in işində problem yarandı

İstifadəçilər “X” sosial şəbəkəsinə daxil olmaqda problem yaşayırlar.

Referans Media xəbər verir ki, mobil telefon vasitəsilə giriş mümkün olsa da, tətbiqin işi ləngiyir, platformada donmalar baş verir.

Xidmət kəsilmələrinin monitorinqini aparan “Downdetector” saytının məlumatlarına görə, Bakı vaxtı ilə saat 17:00-dan etibarən “X”ə giriş problemi yaranıb. Kompüter vasitəsilə “X”ə daxil olmaq isə mümkünsüz olub.

Qeyd edək ki, problem Azərbaycanda da yaşanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki