image-qatar1backend

Xaçmazda 59 yaşlı kişini qatar vurdu – Xəstəxanada öldü

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, bu gün saat 15:20 radələrində Xaçmaz-Çarxı sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər kişi çıxıb:

“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Unutmaq olmaz ki, yol həmişə qatarındır. Qaydalara riayət etmək hə

Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü, Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub.

O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır (APA).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki