Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı

  Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu “On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

Referans.az -ın əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, “On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib./İqtisadiyyat.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki