İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ölkəsinin müharibədə tək olmadığını bildirib və İranı dəstəkləyən müttəfiqlərin adını çəkib.
Referans Media xəbər verir ki, Xamenei çıxışında “Müqavimət Cəbhəsi”nin İran üçün əhəmiyyət daşıdığını vurğulayaraq, xüsusilə Yəmən, “Hizbullah” və İraqda fəaliyyət göstərən müqavimət qruplarına təşəkkür edib.
Onun sözlərinə görə, bu qüvvələr İranın ən yaxın tərəfdaşları hesab olunur və onların həmrəyliyi regionda güc balansına ciddi təsir göstərir.
“Müqavimət Cəbhəsi”nin döyüşçülərinə səmimi təşəkkürümü bildirirəm. Biz bu cəbhəyə daxil olan ölkələri və qüvvələri ən yaxşı dostlarımız hesab edirik. Bu cəbhə və onun fəaliyyəti İslam İnqilabının fundamental dəyərlərinin ayrılmaz hissəsidir”, – deyə Xamenei bildirib.
O qeyd edib ki, Yəmən Qəzza xalqına dəstəyini davam etdirir, “Hizbullah” isə bütün maneələrə baxmayaraq İranın yanında qalır. İraqdakı müqavimət qruplarının da eyni mövqedə olduğunu vurğulayan Xamenei bu həmrəyliyin İsrailə qarşı mübarizədə mühüm rol oynadığını deyib./Globalinfo.az























