Xarici tələbələr Türkiyə iqtisadiyyatına milyardlarla dollar qazandırır

  Türkiyə ali təhsil müəssisələrində təhsil alan xarici vətəndaşların sayına görə dünyada yeddinci yerdədir.

Referans xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar bildirib.

Onun sözlərinə görə, xarici tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi ildə 3 milyard dollar dəyərində qiymətləndirilir.

E.Özvar bildirir ki, bu gün Türkiyədə dünyanın 198 ölkəsindən təxminən 350 min nəfər təhsil alır. Ölkədəki ümumi xarici tələbələrin cəmi beş faizi (təxminən 15 min nəfər) təqaüd proqramı ilə təhsil alır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki