Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir

Bəzi insanlar həyatlarını reallıqlara uyğun qurur, bəziləri isə xəyallar aləmində yaşayır. Astrologiyaya görə, xüsusən 3 bürc xəyal gücü və gələcəklə bağlı planları ilə seçilir.

Referans Media həmin bürcləri təqdim edir:

Balıq

Balıqlar xəyalpərəstliyi ilə seçilən bürclərdəndir. Güclü emosiyalara sahib olduqları üçün yaşadıqları hadisələri uzun müddət düşünə, hətta kiçik bir fürsətdən böyük gələcək planı qura bilərlər. Onların əsas xüsusiyyəti isə bəzən istəkləri ilə reallıq arasındakı sərhədi ayırmaqda çətinlik çəkmələridir.

Dolça

Dolçaların xəyalları daha çox gələcəklə bağlı olur. Başqalarına qəribə görünən ideya və həyat tərzləri onlar üçün tamamilə məntiqli görünə bilər. İnanclarından əmin olduqları zaman isə başqalarının fikirlərinə çox əhəmiyyət vermirlər.

Oxatan

Oxatanlar üçün həyat daim yeni axtarışlardan ibarətdir. Onların zehnində hər zaman başqa şəhər, yeni iş və fərqli həyat planı olur. Eyni yerdə uzun müddət qalmaqdan sıxılan Oxatan bir gün başqa ölkədə yaşamağı, ertəsi gün isə tamamilə fərqli işə başlamağı düşünə bilər. Onların xəyalpərəstliyi əsasən azadlıq və macəra sevgisindən qaynaqlanır./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki