ABŞ-dan Suriya ilə bağlı mühüm qərar…

ABŞ Dövlət Departamenti Suriyaya hərbi təyinatlı məhsulların tədarükünə tətbiq olunan qadağanı ləğv edib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ federal hökumətinin rəsmi sənədlər toplusunda yayımlanan bildirişdə qeyd olunub.

Bildirilir ki, ABŞ Dövlət Departamenti Suriyaya hərbi məhsulların satışı və bu sahədə xidmətlərin göstərilməsi üçün lisenziya verilməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Beləliklə, ABŞ hakimiyyəti bu sahədə lisenziyaların verilməsinə imkan yaradıb.

Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək. Qərar ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas Dinanno tərəfindən təsdiqlənib.

Qeyd edək ki, avqust ayında ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki