backend

Xəzər Boru Kəməri Konsorsiumuna hücum: infrastruktur zədələndi

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.

Referans Media  bildirir ki, bu barədə “Report” konsorsiumun mətbuat xidmətinə istinadən məlumat verir.

“Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb”, – məlumatda qeyd olunur.

Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki