Yağlı süd kişilərə ziyan imiş

Kişi sağlamlığı təkcə genetikadan asılı deyil. Gündəlik yediyimiz bəzi qidalar da spermanın sayı, keyfiyyəti və hormon balansına təsir edə bilər.

 Xüsusilə emal olunmuş ətlər, alkoqol, çox şəkərli qidalar, trans yağlar və yüksək yağlı süd məhsulları uzun müddət çox istifadə olunanda kişi fertililiyinə mənfi təsir göstərə bilər.

 Bu o demək deyil ki, bir dəfə yedin — problem yarandı. Əsas məsələ davamlı və həddindən artıq istifadədir.

Sağlam sperma üçün:

 daha çox təbii qidalanın

 tərəvəz, meyvə, balıq, yumurta, qoz-fındıq yeyin

 alkoqolu azaldın

şəkər və fast food-u minimuma endirin

 yuxu və hərəkət rejiminə fikir verin

 Kişi sağlamlığına laqeyd yanaşmayın. Bəzən problem qidalanmadan başlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki