image-qezabackend

Yasamalda faciə: Piyada keçidində vurulan şəxs həyatını itirdi

Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib.

Referans Media  xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N.Vahabov hadisə yerində ölüb.

Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki