Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq 

  Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan insanlar risk qrupuna daxildir.

Həkimlər xəbərdarlıq edir ki, günəşin ən aktiv olduğu saatlarda əsasən günorta 12:00-dan 16:00-a qədər – birbaşa günəş altında qalmaq ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər.

Günvurma əlamətləri:Baş ağrısı və başgicəllənməÜrəkbulanma və halsızlıqBədənin temperaturunun yüksəlməsiDəri qızarması və tərləmənin dayanması

Həkim-terapevtlər bildirirlər ki, bu simptomlar müşahidə olunarsa, dərhal kölgəli və sərin yerə keçmək, bol su qəbul etmək və ehtiyac olduqda tibbi yardım çağırmaq lazımdır.

Günvurmadan qorunmaq üçün nə etməli?

Günəş altında uzun müddət qalmayınAçıq rəngli, başı örtən geyimlərdən istifadə edinBol maye qəbul edin – xüsusilə su və elektrolit balansı saxlayan içkilərAçıq hava fəaliyyətlərini səhər və axşam saatlarına planlaşdırın

Mütəxəssislər vurğulayır ki, yay mövsümündə sadə ehtiyat tədbirləri ilə həm günvurma riskindən, həm də istiliklə bağlı digər sağlamlıq problemlərindən qorunmaq mümkündür./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki