Yay mövsümündə balqabağın qida rasionuna daxil edilməsi sağlamlıq üçün faydalıdır.
Referans Media “Kp.ru”ya istinadla xəbər verir ki, bu barədə endokrinoloq Lada Fedina bildirib.
Onun sözlərinə görə, aşağı kalorili və liflə zəngin olan bu tərəvəz uzun müddət toxluq hissi yaradır, bağırsaqların normal fəaliyyətini dəstəkləyir və çəkiyə nəzarətə kömək edir.
Həkim qeyd edib ki, 100 qram balqabaqda cəmi 20-25 kilokalori var. O, həmçinin C vitamini, B qrupu vitaminləri, kalium və antioksidantlarla zəngindir. Kalium isə ürəyin, əzələlərin normal fəaliyyəti və orqanizmdə su-duz balansının qorunması üçün vacibdir.
Mütəxəssis vurğulayıb ki, balqabağın faydası onun hazırlanma üsulundan da asılıdır. Sobada bişirilmiş, pörtlədilmiş və ya qrildə hazırlanmış balqabaq faydalı xüsusiyyətlərini qoruyur. Lakin çox yağda qızardıldıqda onun kaloriliyi əhəmiyyətli dərəcədə artır./Publika.az
