Bakının Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.
Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Polis əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A. Əbdülrəhmanovu müəyyən edərək saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
