Konqo Demokratik Respublikasında "Ebola" epidemiyası sürətlə yayılmağa davam edir.
Referans Media xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, virus artıq 5 əyalətin 51 bölgəsinə yayılıb.
Bildirilib ki, indiyədək 3973 nəfərdə "Ebola" virusu təsdiqlənib, 1801 nəfər isə həyatını itirib. Ölüm göstəricisi 45,3 faiz təşkil edir.
Son 24 saat ərzində yeni bölgədə yoluxma qeydə alınmasa da, bütün halların 87,1 faizi epidemiyanın əsas ocağı olan İturi əyalətində aşkarlanıb.
Səhiyyə rəsmiləri qeyd ediblər ki, may ayında yayılmağa başlayan "Bundibugyo" "Ebola" variantına qarşı hazırda təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil./Publika.az
