2015–2020-ci illər arasında e-ticarət platforma bazarını müqayisə etdikdə görmək olur ki, müəyyən yeniliklər baş versə də, onlar 2025-ci ildə baş verən nəhəng transformasiyalarla müqayisədə o qədər də əhəmiyyətli deyildi.
Artıq sadəcə onlayn mağaza açmaq və ödəniş sistemini işlək vəziyyətə gətirməklə kifayətlənmək dövrü geridə qaldı. İndi biz smart, adaptiv ekosistemlərin qurulduğu bir mərhələyə daxil olmuşuq — elə sistemlər ki, müştəri istəklərini real vaxtda anlayır, cəlb edir və xidmət göstərir. Bu məqalədə biz sizə brendinizi rəqəmsal bazarda yüksək pillələrə ucaldacaq e-ticarət platformaların yeniliklərindən bəhs edəcəyik.
2025-ci ilin oktyabrında biz tam əminliklə deyə bilərik ki süni intellektin rolu danılmazdır. Statista-nın 2024-cü ildə apardığı araşdırmaya əsasən, veb proqramçılarının 82%-i kod yazmaq üçün, 67,5%-i cavab tapmaq üçün, 56,7%-i isə səhvləri aşkar etmək və kodlaşdırmada kömək almaq üçün Sİ texnologiyasından istifadə edir. Əslində, indi Sİ alətləri sizin sayt dizaynınızı avtomatlaşdıra, dərhal kodlaşdırma səhvlərini tapıb düzəldə və sistem yeniləmələrini həyata keçirə bilir. Bunun nəticəsində potensial müştəriniz sayta daxil olduqda, o, məhz ona uyğunlaşdırılmış fərdi onlayn mağazanı görəcək.
Artıq cansıxıcı interfeyslərin dövrü bitib. Əgər veb-saytınızın vizual məzmunu çox statikdirsə, bu o deməkdir ki, bir çox müştərilər xidmətlərinizi görmədən saytı tərk edəcək. Siz front end və back end arasında rəvan əlaqə yaradan e-ticarət saytı qurmağa diqqət etməlisiniz. Məhsullarınızın 3D vizual inteqrasiyasını əlavə etməklə satışlarınızı kəskin şəkildə artıra bilərsiniz, çünki istifadəçilər məhsulunuzu onlayn şəkildə “sınaqdan keçirirmiş” kimi hiss edəcəklər. Bundan əlavə, “mikro-interaktiv oyunlar” əlavə etməyi unutmayın — məsələn, istifadəçi qısa interaktiv viktorinada iştirak edərək alış zamanı bonuslar qazana bilər.
Bu innovativ elementlərin hamısını e-ticarət vebsaytlarının hazırlanmasında ixtisaslaşmış aparıcı şirkətlərdin biri olan Saytin.az həyata keçirə bilər.
Əlbəttə, e-ticarətdə rəqəmsal marketinqin yeni dövrü inqilabi analitik alətlər olmadan təsəvvür edilə bilməz. Bu sistemlər vasitəsilə siz satış proqnozlarını, müştəri dəyərini, qiymət və bazar tövsiyələrini nəzərə ala bilərsiniz. Üstəlik, şirkətlər artıq istifadəçilərin saytınızda necə daxil olduğunu, hansı veb-sayt hissəsində daha çox dayandığını izləyə bilirlər.
Gördüyünüz kimi, 2010-cu illərin əvvəllərində e-ticarət saytları yalnız satış məqsədi daşıyırdı, indi isə bu — hər bir hissəsi bir-biri ilə sinxron işləyən tam inteqrasiya olunmuş sistemdir.
Və məhz bugün, e-ticarət saytınızı ən yüksək səviyyəyə qaldırmağın vaxtıdır. Lakin unutmayın — sizin e-ticarət saytınız sadəcə bir mağaza deyil, brendinizin hekayəsini danışan platformadır. Rəqəmsal dünyaya daxil olarkən hər bir brend özünə uyğun mükəmməl tarazlığı tapmalıdır.
