Joze Mourinyonun gələcəyi ilə bağlı yeni iddia futbol gündəminə damğa vurub. Məlumata görə, təcrübəli məşqçi növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqasına qayıdaraq “Nyukasl Yunayted”in baş məşqçisi ola bilər.
Referans Media xəbər verir ki, sezon əvvəlində Benfikanın başına keçən Mourinyo Portuqaliya çempionatında istənilən nəticələri əldə edə bilməyib. Komanda 29 turdan sonra 69 xalla üçüncü pillədə qərarlaşıb və çempionluq yarışında geridə qalıb.
Bu nəticələr onun klubdakı gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib.
İngiltərə mətbuatının məlumatına görə, hazırkı vəziyyətdən narazı olan “Nyukasl Yunayted” rəhbərliyi komandanı yenidən Avropa yarışlarına qaytara biləcək və klubun beynəlxalq nüfuzunu artıracaq məşqçi axtarışındadır.
Bu çərçivədə əsas namizəd kimi Joze Mourinyonun adı ön plana çıxıb.
Mourinyo daha əvvəl “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem Hotspur” klublarını çalışdırıb və Premyer Liqada böyük iz qoyub.
Onun müqaviləsində yer alan xüsusi bəndlərin bu transfer ehtimalını asanlaşdıra biləcəyi bildirilir. Əgər razılaşma baş tutarsa, Mourinyo karyerasında dördüncü dəfə İngiltərə klubunu çalışdırmış olacaq.
