Zelenskinin əsas rəqibi bilindi – “Prezident ola bilər”

“Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı prezident seçkilərində namizədliyini irəli sürərsə , çox güman ki, yeni dövlət başçısı olacaq”.

Referans Media  xəbər verir ki, bunu prezidentin keçmiş müşaviri Oleksiy Arestoviç deyib.

“Əsas sual Zalujnının namizədliyini irəli sürüb-sürməməsidir. Amma onun qalib gəlmək ehtimalı yüksəkdir. Səfir namizədliyini irəli sürməsə, Volodimir Zelenski qələbə qazanacaq. O, özünü yenidən legitimləşdirəcək və sonradan da hakimiyyətdə qalmağa davam edə bilər”, – o bildirib.

Oleksiyini sözlərinə görə, hazırkı hökumət Zalujnının namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hər şeyi edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki